Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin Paşinyanla telefonda danışdı - Bu məsələlər müzakirə OLUNDU
dünya

Putin Paşinyanla telefonda danışdı - Bu məsələlər müzakirə OLUNDU

11-08-2025 15:00 72 Baxış
IMG

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Tvit.az Kremlə istinadla xəbər verir ki, söhbət Yerevanın təşəbbüsü ilə baş tutub.

Məlumata əsasən, Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə ətraflı məlumat verib. 

Rusiya Prezidenti İrəvan və Bakı arasında dayanıqlı sülhün təmin olunmasına töhfə verəcək addımların vacibliyini vurğulayıb və Moskvanın bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, Vladimir Putin İrəvan və Bakı arasında dayanıqlı sülhün təmin olunmasına töhfə verəcək addımların vacibliyini vurğulayıb.

"2020–2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş məlum üçtərəfli razılaşmalar çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, Ermənistan–Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına Rusiyanın dəstək verməyə hazır olduğu təsdiqlənib”, - deyə bəyanatda vurğulanıb.

Görüşdə həmçinin Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşünün nəticələri barədə danışılıb.

Əlavə olaraq, Putin və Paşinyan ticarət–investisiya əməkdaşlığının inkişafı və ölkələr arasında Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Aysel Şirinova