Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İraqın hava məkanında uçuş qadağası daha bir gün uzadılıb
siyasət

İraqın hava məkanında uçuş qadağası daha bir gün uzadılıb

21-06-2025 23:00 20 Baxış
IMG

İraqın hava məkanında uçuş qadağası daha bir gün uzadılıb.

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, iyunun 13-nə keçən gecədən İraqın hava məkanında mülki aviasiya uçuşlarına tətbiq edilən qadağa daha bir gün uzadılıb. 

"Hava məkanı bazar günü, iyunun 22-si UTC ən geci 19:00-a (Moskva vaxtı ilə 22:00) qədər bağlı qalacaq", - agentliyin mənbəsi bildirib.

Qeyd edilib ki, bölgədə vəziyyətin gərginləşməsi səbəbindən uçuşların dayandırıldığı hava məkanı on gün ərzində bağlı qalacaq.

Aysel Şirinova