Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərində tam saxtakarlıq olduğunu açıqlayıb.
"Tvit.az" xəbər verir ki, bu barədə o, brifinq zamanı deyib.
Zurabişvili respublika vətəndaşlarının “çox qeyri-adi bir şeyin” şahidi olduqlarını söyləyib.
“Bu, tam saxtakarlıq, səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə etmək idi”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, Gürcüstanda qalan yeganə müstəqil qurum kimi səsvermənin nəticələrini tanımır və vətəndaşları dinc aksiyada iştiraka dəvət edir:
"Mən hamınızı sabah axşam saat 7-də Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı elan edək".