Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Nurlan Əzizbəyli kəndə köçdü
şou-biznes

Nurlan Əzizbəyli kəndə köçdü

10-06-2025 13:00 52 Baxış
IMG

Müğənni Nurlan Əzizbəyli evini satıb, kəndə köçüb.

"Tvit.az" xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, şəhərin mərkəzində olan evi plana düşüb və köçməli olub:

"Kəndə köçmüşəm, Saray tərəfə getdim. Ana tərəf qohumlarım oradadır. Qaldığım ev plana düşdü, bizə pul verdilər. Ata evimiz idi, qardaşımla böldük. Hərəmiz özümüzə bir ev aldıq. Mən də həyət evi aldım. Dördotaqlı evdir. 48 ildir şəhərdə yaşayırdım. Yaşadığım məhəllənin ab-havasından çıxa bilmirəm. Çətindir".