Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sumqayıtda fərdi yaşayış evində yanğın olub
hadisə

Sumqayıtda fərdi yaşayış evində yanğın olub

04-06-2025 21:00 35 Baxış
IMG

Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Vəlizadə Tural Ziyafət oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib.

 

Tvit.az Report-a istinadən məlumat verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

 

Məlumata görə, yanğın nəticəsində evin bir hissəsi yanaraq yararsız hala düşüb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.