Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub
hadisə

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub

09-05-2025 17:00 29 Baxış
IMG

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

 

Tvit.az-ın Report-a istinadən məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

 

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

 

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.