Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrailin Dəməşqə hücumu nəticəsində 3 nəfər həlak oldu
dünya

İsrailin Dəməşqə hücumu nəticəsində 3 nəfər həlak oldu

02-10-2024 12:00 90 Baxış
IMG

Suriya mediası İsrailin Dəməşqə hücumu nəticəsində Suriyanın rəsmi televiziyasının aparıcılarından biri də daxil olmaqla üç mülki şəxsin öldüyünü, 9 nəfərin isə yaralandığını açıqlayıb. 

Tvit.Az  xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Suriya Dövlət Teleradio Baş İdarəsinin məlumatına görə, hava hücumları zamanı məşhur teleaparıcı Səfa Əhməd həyatını itirib. 

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, İsrail ordusu Bəşar Əsədin qardaşının yaralanması ilə bağlı xəbərlərin təkzib edilməsindən sonra Dəməşq ətrafında olan bir villaya raket zərbələri endirib. Qeyd olunub ki, villaya daha çox Hizbullah və SEPAH komandirləri baş çəkiblər. 

Elmin Alışov