Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
sosial

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

27-10-2026 16:00 18 Baxış
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb.

 

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib.

 

Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğı qeyd olunub, paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı bildirilib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.