Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
siyasət

İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır

25-04-2025 21:00 25 Baxış
IMG

Bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri baş tutdu. Dövlət səfəri nədir və onun xüsusiyyətləri nədən ibarətdir?

 

Tvit.az xəbər verir ki, "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub.

 

Bildirilir ki, bu və ya digər dövlətin başçısının başqa ölkəyə səfəri bir neçə dərəcəyə bölünür. Bu, "dövlət səfəri", "rəsmi səfər", "işgüzar səfər", "qalstuksuz görüş", "qeyri-rəsmi səfər", "yolüstü səfər" ola bilər:

 

"Hər bir halda dövlət başçısının qəbulu protokolunun fərqləndirici xüsusiyyətləri var. Səfərin dərəcəsi nə qədər yüksəkdirsə, diplomatik protokol və etiketə əsasən mərasimlər bir o qədər çox olur".