Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Su basmış ərazilərdən 31 nəfər təxliyə edildi - VİDEO (YENİLƏNİB)
hadisə

Su basmış ərazilərdən 31 nəfər təxliyə edildi - VİDEO (YENİLƏNİB)

22-10-2024 11:00 89 Baxış
IMG

Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdən 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Bu barədə "Tvit.az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub:

"Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir".

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

“Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, - deyə nazirlikdən bildirilib.