Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Naxçıvanda kəndlisini qəsdən öldürən şəxslə bağlı qərar
hadisə

Naxçıvanda kəndlisini qəsdən öldürən şəxslə bağlı qərar

21-10-2024 20:00 99 Baxış
IMG

Bu il iyunun 29-da Naxçıvan şəhər Tumbul kənd sakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən Tvit.az-a bildirilib ki, ibtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu və həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.