Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanın Yunanıstandakı səfiri Korfu şəhərində bir sıra görüşlər keçirib
siyasət

Azərbaycanın Yunanıstandakı səfiri Korfu şəhərində bir sıra görüşlər keçirib

07-04-2025 21:00 24 Baxış
IMG

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Korfu şəhər merinin müavini Spiros Halikopoulos görüşüb.

 

Tvit.az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə qarşılıqlı faydalı əlaqələrin inkişafına yönəlmiş strateji əməkdaşlığın əsas istiqamətləri kimi turizm, təhsil və ticarət müzakirə olunub.

 

Səfir A.Məmmədov vurğulayıb ki, Korfunun zəngin mədəni irsi və təbii gözəlliyi onu təkcə Yunanıstanın deyil, bütün Avropanın ən cəlbedici turizm məkanlarından birinə çevirir.

Halikopoulos, öz növbəsində, səfirə Korfunun turizm təkliflərini təqdim edərək, adanın mehmanxana infrastrukturuna son illərdə qoyulmuş əhəmiyyətli investisiyaları vurğulayıb. Hər iki tərəf turizm sektorunda mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.

 

Azərbaycanlı diplomat Korfuya səfəri zamanı İoniya universitetinin nümayəndələri ilə də görüşüb, iki ölkə arasında təhsil və mədəniyyət mübadiləsini təşviq etmək məqsədi daşıyan Əməkdaşlıq Memorandumunun mümkün imzalanması məsələsini müzakirə edib.