Lazım gələrsə İrana qarşı tətik mexanizmini işə salacayıq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İngiltərənin BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki deyib.
“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün diplomatik addımları atacağımızı, o cümlədən, lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmindən istifadə edəcəyimizi açıq şəkildə bildiririk”, - deyə, Ceyms Karyuki vurğulayıb.
Elmin Alışov