Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağsuda narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu
hadisə

Ağsuda narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutuldu

07-03-2025 11:00 158 Baxış
IMG

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də ağır cinayətlərə görə məhkum olunmuş Bəhərçin Mirzəyev saxlanılıb.

 

Tvit.az xəbər verir ki, ondan marixuana aşkar olunub.

 

Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədi ilə üzərində daşıdığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə B.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.