ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla endirdiyi zərbələrlə bağlı mövqeyi dəyişməyib.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Rusiyaya ATACMS raketlərin istifadəsini və ya uzaq mənzilli zərbələri qadağan etməyə yanaşmalarımız dəyişməyib, bu dəyişməyəcək, indi də dəyişməyib”, - prezident administrasiyasının nümayəndəsi bildirib.
Bununla yanaşı, Jan-Pyer vurğulayıb ki, Vaşinqton Kiyevlə tələb olunan silahların tədarükü ilə bağlı danışıqları davam etdirəcək.
Aysel Şirinova