Bakı metrosunda qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
Bu barədə "Tvit.az"a Bakı Metropoliteni" QSC-dən bildirilib.
Belə ki, "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən baxış keçirilib. Əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.