Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ idman Fərid Qayıbov Mesut Özillə görüşdü
idman

Fərid Qayıbov Mesut Özillə görüşdü

11-10-2024 14:00 141 Baxış
IMG

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Tvit.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Mesut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.

Xatırladaq ki, Özilin Bakı səfərinin təşkilatçısı "Qarabağ" Futbol Klubudur.