Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Şahbaz Şərif İlham Əliyevə başsağlığı verdi
digər

Şahbaz Şərif İlham Əliyevə başsağlığı verdi

26-12-2024 19:00 133 Baxış
IMG

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Məhəmməd Şahbaz Şərif təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Prezident İlham Əliyevə və həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə təşəkkür edib.