Putin odun ixracını və xaricdən ağac məmulatlarının alınmasını tənqid edib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata əsasən, Prezident videobağlantı vasitəsilə İrkutsk vilayətində sellüloz və karton fabrikini açaraq Rusiyanın böyük meşə sərvətinə malik olduğunu xatırladıb.
“Ağac kəsmə sahəsi böyükdür, ağac məmulatları çox müxtəlifdir və yüksək keyfiyyətli kağız - biz bunun çoxunu xaricdən alırıq”, - deyə dövlət başçısı qeyd edib.
O, vəziyyəti anormal adlandırıb. “Bu sadəcə qəribədir! Dairəvi taxtanı xaricə göndəririk, oradan da məhsul alırıq”, - deyə o vurğulayıb.
Aysel Şirinova