Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukraynadakı münaqişəyə görə ABŞ günahlandırıldı - Sorğu
dünya

Ukraynadakı münaqişəyə görə ABŞ günahlandırıldı - Sorğu

09-10-2024 23:00 137 Baxış
IMG

"X" istifadəçilərinin əksəriyyəti Ukraynadakı münaqişədə ABŞ-ni günahlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə Megaupload fayl hostinq xidmətinin təsisçisi Kim Dotcom X sosial şəbəkəsində sorğu keçirib.

Sorğuda iştirak edənlərin 78 faizi ABŞ-ni Ukraynadakı münaqişənin günahkarı kimi göstərib.

İstifadəçilərin daha 6,1 faizi Ukraynanı günahlandırıb.

Sorğuda ümumilikdə 96 mindən çox istifadəçi iştirak edib.

Aysel Şirinova