Estoniya bundan sonra Ukraynanın Rusiyaya hücumlar həyata keçirmək üçün ölkə ərazisindən istifadəsinə icazə verməyəcək.
Tvit.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal ölkənin ictimai teleradio yayımçısına müsahibəsində bildirib.
“Biz həm müttəfiqlərimizə, həm də Ukraynaya bildirmişik ki, hava və dəniz məkanımızdan, eləcə də quru ərazimizdən başqa tərəflər istifadə edə bilməz”, – deyə Baş nazir qeyd edib.
Bununla yanaşı, Mixal Ukraynanın infrastruktur obyektlərinə və gəmilərə hücumlarının davam edəcəyini bildirib. Onun iddiasına görə, həmin gəmilərin əksəriyyətində silah daşınır.