Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstanın Baş naziri Peter Madyarla görüşərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Görüşdə Ukraynaya qaz və dizel yanacağının tədarükü, eləcə də Macarıstan şirkətlərinin Ukraynanın qaz anbarlarından istifadəsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər, həmçinin mövcud sərhəd-keçid məntəqələrinin yenidən qurulması, yeni məntəqələrin tikintisi və iki ölkə arasında birbaşa dəmir yolu marşrutlarının istifadəyə verilməsi də daxil olmaqla, birgə infrastruktur layihələrini nəzərdən keçiriblər. Bundan başqa, Macarıstanın Ukraynada humanitar minatəmizləmə işlərində iştirakı müzakirə olunub.
Zelenskinin sözlərinə görə, bütün istiqamətlər üzrə konkret razılaşmalar əldə edilib və müvafiq qurumlara onların operativ icrası ilə bağlı tapşırıqlar verilib.
Ukrayna Prezidenti səfərə, Ukraynaya dəstəyə və Rusiyanın təcavüzünün pislənməsinə görə Macarıstanın Baş nazirinə təşəkkür edib.