Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Paşinyan jurnalisti və iki media resursunu məhkəməyə verib
dünya

Paşinyan jurnalisti və iki media resursunu məhkəməyə verib

24-11-2026 12:00 32 Baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Sevak Akopyana və iki media resursuna qarşı məhkəmə iddiası qaldıraraq, yayılan məlumatların təkzib edilməsini və 11,1 min ABŞ dolları məbləğində kompensasiya ödənilməsini tələb edir.

 

Tvit.az xəbər verir ki, “Datalex” məhkəmə informasiya sistemində dərc olunan iddia ərizəsinə əsasən, Paşinyan Akopyandan və onun baş redaktoru olduğu “Yerevan Today” nəşrindən “yüksək səviyyədə talançılıq” və “yüksək səviyyədə korrupsiya” ilə bağlı səsləndirilən iddiaların təkzib olunmasını tələb edir.

 

İddia ərizəsinə görə, təkzib media resursunun bütün platformalarında yayımlanmalıdır.

Ermənistanın Baş naziri eyni iddiaların təkzib edilməsini “Zerkalo” mətbuat klubundan da tələb edir.