ABŞ rəsmiləri təhlükəli yüklər daşıyan 50-yə yaxın ticarət gəmisinə qarşı həyata keçirilən kiberhücumlarda İranın mümkün iştirakını araşdırır.
Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, hücumlar dünyanın müxtəlif dəniz bölgələrində baş verib. Hədəfə alınan gəmilər neft, mayeləşdirilmiş qaz, kimyəvi maddələr və digər yüksək dərəcədə alışqan və ya partlayıcı materiallar daşıyıblar.
Nəşrin məlumatına görə, bəzi gəmilərə bomba təhdidləri, fidyə tələbləri və Amerika yüklərinin daşınması ilə bağlı xəbərdarlıqların yer aldığı mesajlar göndərilib. Habelə, bəzi gəmilərin kompüter şəbəkələrinə heyətin xəbəri olmadan müdaxilə edilmiş ola biləcəyi bildirilir.
Elmin Alışov