Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kanada Ukraynaya silah təchizatı üçün əlavə vəsait ayırıb
dünya

Kanada Ukraynaya silah təchizatı üçün əlavə vəsait ayırıb

18-11-2026 10:00 56 Baxış
IMG

Kanada hakimiyyəti Ukraynaya əlavə yardım ayrıldığını elan edib.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

"Kanada Çexiyanın sursat təşəbbüsü çərçivəsində 45 milyon Kanada dolları (təxminən 31,5 milyon ABŞ dolları) ayıracaq ki, bu da Kanadanın öhdəliklərini 500 milyon Kanada dollarından (təxminən 349,7 milyon ABŞ dolları) çoxuna çatdıracaq", — məlumatda deyilir.

 

Qeyd olunur ki, bu, "prioritet sayılan artırılmış mənzilli sursatların və hava hücumundan müdafiə üçün kritik əhəmiyyət kəsb edən avadanlıqların" tədarükünü dəstəkləməyə kömək edəcək.

Ukraynanın hava hücumundan müdafiə (HHM) qüvvələri üçün sensor sistemlərinə daha 80 milyon Kanada dolları (təxminən 56 milyon ABŞ dolları) ayrılması planlaşdırılır. Həmçinin Ukrayna Silahlı Qüvvələri (USQ) 250 min ədəd fərdi ərzaq payı alacaq.