ABŞ Rusiya prezidenti Vladimir Putindən ABŞ və İran arasında birbaşa danışıqların aparılmasını istəyib.
Tvit.az xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf "Əl-Cəzirə"yə verdiyi müsahibədə deyib.
“Moskvaya səfərləri zamanı amerikalılar cənab Putinlə danışıblar və ondan İranla əlaqə saxlamasını istəyiblər ki, İran nəticədə onlarla birbaşa danışıqlar aparmağa razı olsun",- deyə spiker bildirib.
Elmin Alışov