Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Cəlilabadda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq
sosial

Cəlilabadda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq

10-12-2024 19:00 93 Baxış
IMG

Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.

 

Tvit.az-ın məlumatına görə, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

 

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.