Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xəzərdə ildə 50 min tona qədər forel yetişdiriləcək
sosial

Xəzərdə ildə 50 min tona qədər forel yetişdiriləcək

10-12-2024 18:00 95 Baxış
IMG

Xəzər dənizinin Qazaxıstan hissəsində ildə 50 min tona qədər alabalıq yetişdirilməsi planlaşdırılır.

 

Tvit..az Azərtac-a istinadla xəbər verir ki, bunu “Semurq İnvest” MMC-nin baş direktoru Nurjan Marabayev bildirib.

 

“Semurq İnvest” dəniz terminalları ilə yanaşı, əlavə iqtisadi və sosial fayda verəcək layihələr, o cümlədən akvakultura sahəsində layihə həyata keçirir. Bu layihə çərçivəsində Xəzər dənizinin bir bölməsində - Kurık limanından 20 kilometr cənubda ildə 50 min tona qədər həcmdə alabalıq yetişdirilməsi nəzərdə tutulur”, - deyə Marabayev vurğulayıb. Onun sözlərinə görə, bütün lazımi tədqiqatlar planlaşdırılıb, layihələndirmə tamamlanıb, texnologiya sınaqdan keçirilib və 2025-ci ildən layihənin icrasına başlanıla bilər.