Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.
Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.