Azərbaycanda özəl sektorda çalışan əhalinin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur.
Tvit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın dövlət sektorunda 880 min 300 nəfər, qeyri-dövlət (özəl) sektorunda isə 888 min nəfər çalışır.
Qeyri-dövlət sektorunda çalışanların sayı dövlət sektorunda çalışan işçilərin sayından 7 min 700 nəfər çoxdur.
Bununla yanaşı, iqtisadiyyatın neft-qaz sektorunda 31 min 800 nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 736 min 500 nəfər işləyir.
Beləliklə, cari il oktyabrın 1-i vəziyyətinə görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768 min 300 nəfər olub.
Aysel Şirinova