Avropa İttifaqı Rusiya idmançılarının beynəlxalq turnirlərə qayıtmasına mane ola biləcək tədbirlər hazırlayır.
Tvit.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, hələlik yekun qərarlar qəbul edilməyib. Müzakirə olunan variantlara idmançılara qarşı şəxsi sanksiyalar, milli bayrağı altında yarışanlara viza məhdudiyyətləri və Rusiya idmançılarının yarışmasına icazə verən beynəlxalq federasiyalara Aİ qrantlarının azaldılması daxildir.
Elmin Alışov