Bu gün, axşam saatlarından ayın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Ötən gün düşən yağıntının miqdarı 3 mm-dək olub.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.