Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Fəxri Mehdiyev onlara yüksək vəzifə verdi
sosial

Fəxri Mehdiyev onlara yüksək vəzifə verdi

05-10-2026 11:00 12 Baxış
IMG

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan Azərpambıq Aqrar Sənaye Kompleksiində yeni kadr təyinatları olub.

 

Tvut.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Azərpambıq ASK-nın baş direktoru Fəxri Mehdiyev müvafiq əmrlər imzalayıb.

 

Əmrə əsasən, Fərid İsayev baş direktorun müavini, Yunis Səfərli maliyyə direktoru, Əminə Axundova Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) departamentinin müdiri, Elvin Məmmədzadə Büdcələşdirmə və hesabatlılıq şöbəsinin müdir müavini və Hafis Quliyev büdcələşdirmə və hesabatlılıq üzrə menecer vəzifəsinə təyin olunublar.


Xatırladaq ki, bir neçə gün əvvəl Fəxri Mehdiyev Afər Mehrabova Əzimovanı özünə yeni müşavir təyin edib.