Gürcüstan və Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirir
02-10-2026 22:00 10 Baxış
Gürcüstan və Türkiyə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Bu gün iki ölkənin təhsil nazirlərinin imzaladığı saziş yeni təhsil müəssisələrinin açılmasını, diplomların tanınması prosedurunun sadələşdirilməsini, tələbə və tədqiqatçılar üçün mübadilə proqramının yaradılmasını, həmçinin gürcü və türk dillərinin tədrisinə başlanılmasını nəzərdə tutur.
Əməkdaşlığın həyata keçirilməsinə nazirlərin sədrliyi ilə yaradılacaq birgə işçi qrup nəzarət edəcək.