Gürcüstan ənənələrini, mənəvi kimliyini və çoxəsrlik irsini qoruyaraq ümumi Avropa ailəsinə doğru yolunu davam etdirmək niyyətindədir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, pravoslav dini əsrlər boyu Gürcüstanın özünəməxsusluğunun qorunmasında xüsusi rol oynayıb.
Baş nazir bildirib ki, Avropanın üzləşdiyi müasir siyasi, ideoloji, demoqrafik və dəyər çağırışları fonunda Avropa sivilizasiyasının əsaslarını xatırlamaq xüsusilə vacibdir.