Gürcüstanın Baş naziri İrakli Kobaxidze və ABŞ Prezidenti Donald Tramp strateji tərəfdaşlığın bərpasını müzakirə ediblər.
Kobaxidzenin sözlərinə görə, qısa görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən qəbul zamanı baş tutub.
“ABŞ prezidenti və dövlət katibi ilə danışmaq imkanım oldu. Strateji tərəfdaşlığımızı bərpa etmək istəyimizi qeyd etdim. Bu qısa söhbət çox müsbət keçdi”, – Kobaxidze bildirib.