Jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirib. Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.
***
"Meydan TV"nin əməkdaşları - jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko, Natiq Cavadlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) "Tvit.az"a verilən məlumata görə, Ramin Deko qanunsuz maliyyə gətirməkdə ittiham olunur.
"Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb", - deyə DİN-in məlumatında qeyd olunur.