Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
hadisə

Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı

29-09-2026 17:00 21 Baxış
IMG

Bakıda qətl hadisəsi olub.

 

Tvit.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

 

4 uşaq anası olan 40 yaşlı Esmira Ağalarova boğularaq öldürülüb.

 

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - qadının əri Rafət Ağalarov tutularaq istintaqa təhvil verilib.

 

İddialara görə, qadın ərindən boşanmaq istəyib. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.