Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
hadisə

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

28-09-2026 08:00 23 Baxış
IMG

Ağstafada qətl hadisəsi baş verib.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun parklarından birində qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.

 

S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.