Lənkəranda üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
"Tvit.az" verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.