HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza şəhərinin Tel əl-Heva məhəlləsində 50 İsrail əsgərini hədəf aldıqlarını açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Qəssam Briqadaları tərəfindən verilən yazılı açıqlama verilib.
“Tel əl-Heva bölgəsindəki əl-Fələh məscidi yaxınlığında 50 əsgərdən ibarət sionist piyada qüvvələrini yüksək partlayıcı mina ilə hədəfə aldıq”,- məlumatda deyilir.
Elmin Alışov