Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Şəmkirdə avtomobil qadını vuraraq öldürdü
hadisə

Şəmkirdə avtomobil qadını vuraraq öldürdü

23-09-2026 21:00 21 Baxış
IMG

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" apa-ya istinadən xəbər verir ki,  hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.