Qax rayonu ərazisində bıçaqlanma hadisəsi olub.
Tvit.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.
Kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə olub. R.İslamov kəsici alətlə tanışına xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.