Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Mercedes-AMG-nin ilk elektrikli super SUV-u gəlir – Tarix açıqlandı
digər

Mercedes-AMG-nin ilk elektrikli super SUV-u gəlir – Tarix açıqlandı

18-09-2026 17:00 18 Baxış
IMG

Mercedes-AMG-nin tamamilə şirkət daxilində sıfırdan hazırladığı ilk tam elektrikli super SUV modelinin təqdimat tarixi məlum olub.

 

Tvit.az xəbər verir ki, müxtəlif mənbələrə görə, elektrikli GT SUV 17 oktyabr 2026-cı ildə Ştutqartda Mercedes-Benz Muzeyinin təşkil etdiyi “140 Festivalı”nda təqdim ediləcək. Rəsmi təsdiq isə hələ verilməyib.

 

Model mövcud Mercedes avtomobilinin elektrikləşdirilmiş versiyası deyil və AMG tərəfindən müstəqil layihə kimi hazırlanıb. Avtomobilin satışlarının və ilk tədarüklərin 2027-ci ildə başlaması gözlənilir.

 

Yeni elektrikli SUV AMG modellərinin istehsal olunduğu Affalterbach zavodunda deyil, elektrik avtomobillərinin yığılması üçün uyğunlaşdırılmış Mercedes-Benz-in Sindelfingen zavodunda istehsal ediləcək.

 

Aysel Şirinova