ABŞ Dövlət Departamenti noyabrın 5-də Fransada planlaşdırılan ümumölkə tətili ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.
ABŞ vətəndaşlarına nümayiş və kütləvi toplantıların keçirildiyi ərazilərdən uzaq durmaq, ehtiyatlı olmaq, həmçinin vəziyyətlə bağlı yerli media və rəsmi mənbələrdən məlumatları izləmək tövsiyə olunub.
Tətilin müəllimləri, səhiyyə işçilərini, dövlət qulluqçularını və ictimai nəqliyyat əməkdaşlarını əhatə edəcəyi gözlənilir.