Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Marta Kos: Aİ ölkələrinin əksəriyyəti Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları dəstəkləmir
dünya

Marta Kos: Aİ ölkələrinin əksəriyyəti Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları dəstəkləmir

04-11-2026 22:00 17 Baxış
IMG

Avropa İttifaqına üzv 27 ölkənin əksəriyyəti Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqinin əleyhinədir.

 

Bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Polşalı avrodeputat Kşiştof Breyzanın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Aİ Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqinə çalışsa da, üzv dövlətlərin əksəriyyəti bu təşəbbüsü dəstəkləməyib.

Kos qeyd edib ki, Gürcüstanın Aİ-yə üzvlük prosesində geriləmə olsa da, ölkə Avropa İttifaqının regional əlaqələr gündəliyində qalır və Brüssel Tbilisi ilə münasibətləri qorumağa çalışır.