Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
Tvit.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb. 2014-cü ildə ABŞ-ın Alyaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlmişdir. 2018-2022-ci illərdə "MKT İK" aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var.