Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir
siyasət

Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir

05-12-2024 21:00 73 Baxış
IMG

Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının nəticəsi ilə bağlı açıqlamada qeyd olunub.

 

İclasda həmçinin Azərbaycan-Ermənistan müzakirələrində əldə olunan müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə istək də xüsusi vurğulanıb.

 

Toplantıda qeyd olunub ki, Cənubi Qafqazdakı mümkün sülh bütün aktorların xeyrinə olacaq.

 

Bundan başqa, iclasda Şərqi Avropa və Yaxın Şərqdəki durum da müzakirə olunub.