Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya “Formula 1”də qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO
dünya

“Formula 1”də qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO

11-09-2026 17:00 22 Baxış
IMG

Formula 1 İspaniya Qran Prisinin ilk günündə yeni Madrinq trasında ilk ciddi qəza baş verib.

 

Tvit.az-ın İspaniyanın "Marca" nəşrinə istinadla verdiyi məlumata görə, Formula 2-də mübarizə aparan Tailand pilotu Tasanapol İntraphuvasakın ("ART Grand Prix") idarə etdiyi bolid bariyerə çırpıldıqdan sonra alovlanıb.

 

Hadisə sərbəst yürüşlər zamanı trekin 19-cu döngəsində qeydə alınıb. Pilot idarəetməni itirərək təhlükəsizlik səddinə dəyib. Qəza nəticəsində radiatorda yaranan yağ sızması boliddə yanğına səbəb olub

 

Tasanapol İntraphuvasak boliddən sağ çıxmağı bacarıb.

Hadisə ilə bağlı sessiya yarım saat ərzində qırmızı bayraqlar altında dayandırılıb. Qeyd etmək lazımdır ki, Madrinq trası ilk dəfə olaraq 11-13 sentyabr tarixlərində keçiriləcək Dünya Çempionatının İspaniya mərhələsinə ev sahibliyi edir və Kataloniyadakı ənənəvi trası əvəz edir.

 

Aysel Şirinova