Danimarkada bir ev sahibi, Danimarkanın şimalındakı Rebild bölgəsindəki bağçasında yeni bir terras üçün qazon təmizləyərkən ölkə tarixindəki ən böyük Viking dövrünə aid gümüş xəzinəni kəşf etdi.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təxminən 18,5 kiloqram ağırlığında olan xəzinə, gil qaba qoyularaq X əsrdə basdırılmışdır.
Şimali Yutland Muzeylərindən arxeoloq Torben Sarauw, kəşfin Vikinq dövrünü anlamaq üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Elmin Alışov